Ərdoğan və Paşinyan regional məsələləri müzakirə etdi

Ərdoğan və Paşinyan regional məsələləri müzakirə etdi Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

News24.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlər, normallaşma prosesi və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paşinyan Qurban bayramı münasibətilə Ərdoğanı təbrik edib.

Türkiyə Prezidenti bildirib ki, Ankara ilə İrəvan arasında normallaşma istiqamətində addımlar davam edir. O qeyd edib ki, bu proses çərçivəsində birbaşa ticarətin başlanması ilə bağlı işlər görülür.

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə regionda sülh və sabitliyin möhkəmlənməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.