Ərdoğanın məsləhətinə əməl edib siqareti tərgitdi - Video
Dünya
İtaliyanın Baş naziri Corca Meloni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siqareti tərgitmək məsləhətinə əməl edib.
News24.az xəbər verir ki, 2025-ci ilin oktyabrında Misirdə keçirilən “Qəzza zirvəsi” çərçivəsində Ərdoğan Meloniyə siqareti tərgitməyi tövsiyə edib.
Otaqda olan Fransa Prezidenti Emmanuel Makron isə gülümsəyərək bunun mümkünsüz olduğunu söyləyib.
Ərdoğanın bu tövsiyəsindən səkkiz ay sonra Fransanın ev sahibliyi ilə keçirilən G7 zirvəsində Meloni ilə bağlı yeni məlumat ortaya çıxıb.
Zirvə çərçivəsində Antonio Koşta, Ursula fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və digər liderlər söhbət edərkən Corca Meloni özünə gəlmək üçün bir fincan qəhvəyə ehtiyacı olduğunu bildirib.
Bu zaman Fridrix Merts zarafatla “Bəs siqaret?” deyə soruşub. Meloni isə ötən aydan siqaretli tərgitdiyini deyib.
Meloninin bu sözləri Ursula fon der Lyayen və Antonio Koşta tərəfindən təbriklə qarşılanıb.
Söhbət zamanı Antonio Koşta da 2005-ci ildən siqareti atdığını bildirib.
Qeyd edək ki, Corca Meloninin müsahibələrindən daha əvvəl siqareti tərgidib 13 il çəkmədiyi, lakin sonradan yenidən bu vərdişə yenidən başladığı məlumdur. /Yeni Şafak/