Ərini öldürüb cəsədi 15 hissəyə böldü, günahkar "şeytandır" dedi
Dünya
Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Bursa şəhərində yaşanıb.
Üç uşaq anası 69 yaşlı Adalet Uzunoğlu həyuat yoldaşı 77 yaşlı Ali Fuat Uzunoğlunu öldürdükdən sonra meyitini 15 hissəyə bölərək müxtəlif zibil qutularına atıb.
Saxlanılan Adalet Uzunoğlu ilk məhkəmə iclasında ifadə verib. O bildirib ki, həyat yoldaşı pilləkənlərdən yıxılaraq ölüb.
"Hadisə baş verən gün səhər yuxudan oyananda onu pilləkənin qarşısında hərəkətsiz uzanmış vəziyyətdə gördüm. Pilləkəndən yıxılaraq ölmüşdü. Məni onu itələyib öldürməkdə ittiham edəcəklər və günah mənim üzərimdə qalacaq deyə qorxdum. Buna görə də həyat yoldaşımın meyitini balta və bıçaqla hissələrə ayırdım, sonra isə evimin yaxınlığındakı müxtəlif zibil qutularına atdım", - deyə qadın özünü müdafiə edib.
A.Uzunoğlu həmçinin tərtdiyi əməldə şeytanı günahlandırıb: "Şeytan ağlıma girdi. Mən bunları yaşayacaqmışam. Bu yaşımda bunları görmək qismətim imiş. 40-50 il əziyyət çəkdim, axırda bunları görəcəkmişəm". Məhkəmə zamanı qadının övladları analarından şikayətçi olmayıblar.
Məhkəmə təxirə salınıb. /Haber Global/