Erməni generalın sanatoriyasında kütləvi dava

Erməni generalın sanatoriyasında kütləvi dava Dünya
Ermənistanın “Arzni” kurort kompleksində kişi meyiti aşkarlanıb. Kompleks keçmiş polis rəisinin müavini, general-leytenant Ararat Maxtesyana məxsusdur.

Polis və müstəntiqlər mərhumun İrəvan sakini, 67 yaşlı Qaqik Arutyunyan olduğunu müəyyən ediblər.

General A.Maxtesyan polisə və müstəntiqlərə bildirib ki, həmin gün Arutyunyanın qohumlarından ibarət 4-5 nəfər sanatoriyaya gəlib və hamını nalayiq qışqırıqlarla narahat edib, işçiləri və istirahət edənləri təhqir ediblər. Daha sonra kompleklsin 3-cü mərtəbəsinin qapılarını və divarlarını yumruqla döyəcləyiblər, təhqiramiz ifadələr səsləndiriblər.

Polis və müstəntiqlər həmin şəxslərdən ikisini şəxsiyyətini müəyyənləşdiriblər. /Teleqraf.com/