""Erməni soyqırımı“nın tanınması prioritetimiz deyil"

""Erməni soyqırımı“nın tanınması prioritetimiz deyil" Dünya

"Ermənistanla Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması prosesi heç bir ilkin şərt olmadan davam edir”.

News24.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentində Xarici əlaqələr komissiyasının sədri vəzifəsinə namizədliyi müzakirə olunan hakimiyyətə yaxın deputat Sarqis Handanyan “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın “Ankara İrəvandan Ağrı dağının simvolundan və "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasından imtina etməyi tələb edib?” sualına cavab verərkən deyib.

Handanyan eyni zamanda hakimiyyət nümayəndələrinin dəfələrlə səsləndirdiyi fikri təkrarlayaraq bildirib ki, erməni soyqırımının beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasət prioritetləri sırasına daxil deyil.