Ermənistan ordusunun sabiq baş komandanı vətəndaşlıqdan imtina etdi

Ermənistan ordusunun sabiq baş komandanı vətəndaşlıqdan imtina etdi Dünya

Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş komandanı, general-leytenant Norat Ter-Qriqoryants Ermənistan vətəndaşlığından imtina edib.

News24.az xəbər verir ki, “İravnuk” qəzetinə açıqlamasında Ter-Qriqoryants pasportunu konsulluğa təhvil verdiyini və daha sonra vətəndaşlığının ləğv edilməsi barədə bildiriş aldığını deyib.

General-leytenant qərarını Ermənistanda hakimiyyətə gəldiyini iddia etdiyi şəxslərin xalqın maraqlarına xəyanət etməsi ilə əlaqələndirib.

Ter-Qriqoryants əlavə edib ki, bundan sonra Ermənistana səfər etməyi planlaşdırmır.