Ermənistan parlamentinə vitse-spiker seçildi
Dünya
Ermənistan parlamentinin vitse-spikeri vəzifəsinə hakim “Mülki Müqavilə” fraksiyasının namizədi Hayk Koncoryan seçilib.
News24.az xəbər verir ki, bu barədə parlamentin Hesablayıcı komissiyasının sədri Lilit Minasyan canlı yayımlanan iclas zamanı məlumat verib.
“105 deputatdan 91-i səsvermədə iştirak edib. Səslər aşağıdakı kimi bölünüb: 63 nəfər “lehinə”, 28 nəfər “əleyhinə” səs verib”, – deyə o bildirib.
Müxalifətdə olan “Güclü Ermənistan” fraksiyası hakim partiyanın namizədinin əleyhinə səs verdiyini bəyan edib. “Ermənistan” fraksiyasının isə səsvermədə iştirak etmədiyi məlum olub.
Qeyd olunur ki, parlament daha iki vitse-spikeri seçməlidir: onlardan biri hakim fraksiyanın, digəri isə müxalifətin nümayəndəsi olacaq.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri başa çatıb. Deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. Seçkilərin favoriti fəaliyyətdə olan Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası hesab edilirdi. Onun əsas rəqibi isə respublikanın ən varlı şəxslərindən biri Samvel Karapetyanın “Güclü Ermənistan” bloku olub.