Ermənistan parlameti necə formalaşacaq? - Açıqlandı
Dünya
Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən, yeni parlamentdə 4 siyasi qüvvə təmsil olunacaq.
News24.az xəbər verir ki, bunlar “Vətəndaş Müqaviləsi Partiyası”, “Güclü Ermənistan Alyansı” və “Ermənistan Alyansı”.
Mandatların bölgüsü aşağıdakı kimidir:
• Vətəndaş Müqaviləsi Partiyası — 61 mandat
• Güclü Ermənistan Alyansı — 28 mandat
• Ermənistan Alyansı — 11 mandat
• Çiçəklənən Ermənistan Partiyası — 5 mandat
Məlumata görə, “Çiçəklənən Ermənistan Partiyası” son anda 4 faizlik seçki baryerini keçərək parlamentə düşməyi bacarıb.
Həmçinin bildirilib ki, dörd ən böyük milli azlıq üzrə ayrılmış 4 mandatdan 3-ü “Vətəndaş Müqaviləsi Partiyası”nın, 1-i isə “Güclü Ermənistan Alyansı”nın payına düşüb.
Bu da alyansın ümumi mandat sayını 28-ə yüksəldib. /News.am/