Ermənistan prezidenti səs verdi
Dünya
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan parlament seçkilərində iştirak edib.
News24.az xəbər verir ki, o, 7/46 saylı seçki məntəqəsində səs verib.
Səsvermə prosesindən sonra Vaaqn Xaçaturyanın brifinqi təşkil olunub.
KİV nümayəndələrinə açıqlama verən prezident öz seçimi barədə danışıb:
“Mən dinc, inkişaf edən, güclü və sabit gələcəyi olan bir Ermənistan Respublikası naminə səs vermişəm”, - deyə o bildirib.