Ermənistan prezidentinin səhhəti ağırlaşdı
Dünya
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhəti kəskin dərəcədə pisləşib.
News24.az xəbər verir ki, Xaçaturyan oktyabrın 27-də planlaşdırılan tədbirlərdə iştirak etməyib.
Bununla yanaşı, o, İrəvanda baş tutan COP-17 iqlim sammiti çərçivəsində bir neçə tədbirə də qatılmayıb.
Bundan əlavə, "The Prince Talal International Prize for Human Development 2025" mərasimi onun himayəsi altında keçirilsə də, Xaçaturyan bu tədbirdə də iştirak etməyib. Dünən isə İspaniya kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsinin adından yüksək səviyyəli qonaqların şərəfinə təntənəli qəbul təşkil edilib, lakin prezident orada da olmayıb.
Ermənistan KİV-lərinin məlumatına görə, prezident çox vaxt öz iqamətgahında da olmur. Xaçaturyanın uzun müddətdir səhhəti ilə bağlı problemi var. İnsanlar onun görünüşündə ciddi dəyişikliklər müşahidə edirlər.
Qeyd edək ki, V.Xaçaturyanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi və əməliyyat olunduğu barədə məlumat yayılıb.