Ermənistan Rusiya qazından imtina edir

Ermənistan Rusiya qazından imtina edir Dünya

Ermənistan bütün sahələrdə şaxələndirmə siyasətini davam etdirəcək.

News24.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Rusiyadan qaz tədarükü ilə bağlı sualı cavablandırarkən jurnalistlərə açıqlamasında bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanda qazın qiyməti digər ölkələrlə müqayisədə yüksəkdir. O bildirib ki, qazın sərhəddən son istehlakçıya qədər olan qiymətləndirilməsi baxımından Ermənistan ən yüksək göstəriciyə malik ölkələrdən biridir:

“Ermənistanda qaz ucuz deyil. Sərhəddən son istehlakçıya qədər digər ölkələrlə müqayisədə Ermənistanda qazın qiyməti ən yüksəkdir".

Baş nazir həmçinin “Qazprom Ermənistan” şirkətinin gəlirli olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyadan gələn qazın tarifinin artırılıb-artırılmamasından asılı olmayaraq, Ermənistan şaxələndirmə siyasətini davam etdirəcək.

“İrəvanın şaxələndirmə yolu ilə getməyəcəyi heç bir sahə yoxdur. Siyasi qərarımız ondan ibarətdir ki, müstəqilliyimizi və dövlətçiliyimizi inkişaf etdirəcəyik. İkinci mənbədən qaz almaq və ya həmin mənbədən tədarük həcmini artırmaq imkanı varsa, bu yolla gedəcəyik. Üçüncü və ya dördüncü mənbədən qaz almaq imkanı yaranarsa, həmin istiqamətdə də addımlar atacağıq”, – Paşinyan deyib.

Qeyd edək ki, Ermənistanın əsas qaz tədarükçüsü isə Rusiya olaraq qalır. Rusiyadan illik qaz tədarükünün həcmi 2,2 milyard kubmetrdən çoxdur. 2025-ci ildə bu göstərici 2,23 milyard kubmetr olub.