Paşinyan: "Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı"
Dünya
Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb.
News24.az xəbər verir ki, bunu iyunun 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı bildirib.
“2026-cı il seçkilərinin nəticələrinə görə, Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı”, – deyə hökumət başçısı qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması artıq iqtisadi inkişafın sürətlənməsinə yeni təkan verib.
“İnsanlar iqtisadi artımı gündəlik həyatlarında hiss etməlidirlər. Məhz buna görə də, Ermənistanda pensiyaların artırılması barədə qərar qəbul etmişəm”, – deyə Baş nazir vurğulayıb.