Ermənistan və İran razlığa gəldi - Dəhlizi yaradılacaq

Ermənistan və İran razlığa gəldi - Dəhlizi yaradılacaq Dünya

Ermənistan və İran arasında sadələşdirilmiş gömrük dəhlizi rejiminin yaradılması planlaşdırılır.

News24.az xəbər verir ki, layihə Ermənistan hökumətinin iclasında təsdiqlənib.

Yeni rejimə əsasən, bir ölkənin gömrük orqanları qonşu ölkəyə gedən yükləri buraxarkən mallar və onların göndəriciləri barədə elektron məlumatları qarşı tərəfə ötürəcək.

Qəbul edən ölkə isə həmin yükləri sadələşdirilmiş qaydada yoxlayacaq.

Rejim şəxsi avtomobillər istisna olmaqla, bütün nəqliyyat vasitələrinə şamil ediləcək