Ermənistanda azyaşlıya qarşı seksual xarakterli zorakılıq edən şəxs həbs edildi
Dünya
Ermənistanın Şirak vilayətində məhkəmə azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilən şəxsi 10 il müddətinə azadlıqdan məhrum edib.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, cinayət törədilən zaman uşağın hələ 12 yaşı tamam olmayıb.
Qurumdan əlavə ediblər ki, məhkəmə hökmü noyabrın 5-də çıxarıb və qətimkan tədbiri məsələsində prokurorun vəsatətini tam təmin edib.