Ermənistanda bu gün azərbaycanlılara etiraz olaraq aksiya keçiriləcək

Ermənistanda bu gün azərbaycanlılara etiraz olaraq aksiya keçiriləcək Dünya
Ermənistanda fəallar bu gün saat 16:00-da BMT-nin ofisinin binası qarşısına azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq toplaşacaq.

News24.az xəbər verir ki, bu barədə "Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb. 

Xatırladaq ki, Dekabrın 12-də  Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçirirlər. Onlar Sülhməramlıların rəhbəri Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.