Ermənistanda çirkli pulları kimlər yuyur? - 50 ünvanda axtarış
Dünya
Ermənistanın İstintaq Komitəsi çirkli pulların yuyulması işi üzrə 50-dən çox ünvanda axtarışlar aparır.
News24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Axtarışlar “Güclü Ermənistan” Partiyasının üzvü Alik Aleksanyan barəsində başlanmış çirkli pulların yuyulması, eləcə də, çoxsaylı şəxslərə maddi mükafat verilməsi ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilir.
Əməliyyat tədbirləri partiya üzvlərinin mənzillərində və partiya ilə əlaqəli şəxslərin yaşadıqları ünvanlarda həyata keçirilir./Sputnik Ermənistan/