Ermənistanda daha 14 müxalifət tərəfdarı saxlanıldı
Dünya
Ermənistanın Stepanavan şəhərində “Güclü Ermənistan” fraksiyasının tərəfdarları saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Korrupusiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, fraksiya tərəfdarlarının ev və ofislərində axtarışlar həyata keçirilib.
Hazırda 14 nəfərin saxlanıldığı bildirilib.
Qeyd edək ki, Stepanavan şəhərində yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 25-də keçiriləcək.
Bu, müxalifət partiyasının namizəd irəli sürdüyü yeganə icmadır.