Ermənistanda hərbçi vəhşicəsinə döyüldü, kor oldu

Ermənistanda hərbçi vəhşicəsinə döyüldü, kor oldu Dünya

Ermənistanda 24 yaşlı müqaviləli hərbçi Nubarəşendə yerləşən N saylı hərbi hissənin yaxınlığında amansızcasına döyülüb.

News24.az xəbər verir ki, uzun müddət reanimasiya şöbəsində müalicə alan hərbçi aldığı zərbələrdən görmə qabiliyyətini itirib.

Ermənistan Müdafiə Nazirliyi isə onu hərbi xidmətdən tərxis edib.

Qeyd edək ki, Müdafiə Nazirliyi hadisə ilə bağlı hər hansı geniş şərh verməyib, yalnız insidentin hərbi hissənin ərazisindən kənarda baş verdiyini bildirib.

Ermənistan İstintaq Komitəsi isə hadisə ilə bağlı bir nəfərin həbs olunduğunu açıqlayıb.

“Cinayət işi üzrə ibtidai istintaq zamanı iki şəxsə qarşı dövlət ittihamı irəli sürülüb: onlardan birinə Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi, digərinə isə 322-ci maddəsinin 1-ci hissəsi ilə ittiham verilib. Onlardan biri barəsində ölkədən çıxışa qadağa qoyulub, digəri isə həbs edilib”, – deyə İstintaq Komitəsindən bildirilib. /News.am/