Ermənistanda hərbi hissədə əsgər öldürüldü
Dünya
Ermənistanda hərbi hissədə qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, “Vayk” hərbi hissəsində Edqar Gevorqyanın güllə yarası almış meyiti aşkar edilib.
Qeyd edək ki, Edqar Gevorqyanın ölümü ilə bağlı bir nəfər saxlanılıb.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Xatırladaq ki, bu, son 10 gündə Ermənistan ordusunda baş verən üçüncü ölüm hadisəsidir.