Ermənistanda hərbçi qumbara partladaraq intihar etdi
Dünya
Ermənistanda hərbçi qumbara partladaraq intihar edib.
News24.az xəbər verir ki, həlak olan hərbçi 2022-ci ildən müqavilə əsasında hərbi xidmət keçib.
Ermənistan Müdafiə Nazirliyi insidentin təfərrüatlarını açıqlamır.
Nazirlik yalnız müəyyən edilmiş prosedurlar başa çatdıqdan sonra hadisə ilə bağlı açıqlama veriləcəyini bildirib.