Ermənistanda keçmiş deputat saxlanıldı
Dünya
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş deputat Martun Qriqoryanı saxlayıb.
News24.az xəbər verir ki, onun saxlanılması barədə siyasətçinin tərəfdarı Liza Qasparyan məlumat verib.
Komitə Qriqoryanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşır.
O, son parlament seçkilərində “Çiçəklənən Ermənistan” Partiyasının siyahısı ilə deputatlığa namizəd olub.
Komitənin açıqlamasına görə, Qriqoryan seçki cinayəti ilə bağlı açılmış cinayət işi üzrə təqsirləndirilir.
Qriqoryanın saxlanılmasının seçki rüşvəti ilə bağlı istintaqla əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, iyun ayında Qriqoryanın oğlu da saxlanılıb.
O, 2025-ci ilin iyununda açılmış xuliqanlıq işi üzrə təqsirləndirilir.