Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı
Dünya
Ermənistanın keçmiş səhiyyə naziri Qagik Stamboltsyanın avtomobildə meyiti aşkar edilib.
News24.az xəbər verir ki, onun cəsədi "Changan" markalı nəqliyyat vasitəsinin içərisində tapılıb. Hazırda hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Qagik Stamboltsyan 1997–1998-ci illərdə Ermənistanın səhiyyə naziri vəzifəsində çalışıb, həmçinin ölkənin tanınmış plastik cərrahlarından biri olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.