Ermənistanda müharibədən sonra abortların sayı xeyli artıb

Ermənistanda müharibədən sonra abortların sayı xeyli artıb Dünya
Qarabağda və Ermənistanda 44 günlük müharibədən sonra selektiv abortların sayı xeyli artıb.

News24.az news.am-a istinadən xəbər verir ki, bunu Ermənistan respublikasının səhiyyə naziri Anahit Avanesyan martın 1-də parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, müharibədən əvvəl Ermənistan kifayət qədər yaxşı göstəricilərə malik olub.

“Ola bilər ki, məhdudiyyətləri sərtləşdirək. Amma müəyyən dərəcədə. Axı, təkcə qadağalar istənilən nəticəni verməyəcək”, - deyə nazir bildirib.