Ermənistanda müxalif partiyanın başçısının evində axtarış aparılır
Dünya
Ermənistanda müxalif “Çiçəklənən Ermənistan Partiyası”nın lideri, iş adamı Qaqik Sarukyanın evində axtarış aparılır.
News24.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Axtarışların hansı cinayət işi ilə əlaqədar keçirildiyi hələlik açıqlanmayıb.
Bundan əvvəl Ermənistan Baş Prokurorluğu Qaqik Sarukyanın toxunulmazlığının ləğv edilməsi üçün Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət göndərib.
İlkin məlumata əsasən, Ermənistan Milli Olimpiya Komitəsinin İrəvandakı bazasında da axtarışlar aparılır.