Ermənistanda müxalifət liderləri Anna Akopyana "yox" dedi
Dünya
Ermənistan parlamentindəki müxalifət fraksiyalarının rəhbərləri baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ailədaxili zorakılığa qarşı mübarizə haqqında qanun layihəsi ideyasını müzakirə etmək üçün görüş keçirmək təklifini qəbul etməyiblər.
News24.az xəbər verir ki, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan parlamentdə fraksiyasının bu təklifi qəbul etmək istəyinin olmadığını bildirib.
Öz növbəsində “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan təklifi qəbul etmədiyini, lakin məsələ ilə bağlı ayrıca açıqlama verəcəyini deyib.