Ermənistanda postlara qadın hərbçilər göndərilir

Ermənistanda postlara qadın hərbçilər göndərilir Dünya

Ermənistanda qadın hərbçilər postlara göndəriləcək.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Məlumata görə, bu, orduda artan ölüm hallarının fonunda intizamın gücləndirilməsi üçün zəruri addım hesab edilir.

Nəşr xatırladıb ki, Ermənistanın müdafiə naziri Suren Papikyan daha əvvəl sosial şəbəkələrdə Silahlı Qüvvələrdə kriminal subkultura ilə sistemli mübarizənin aparıldığını bildirib.

Nazirin qərarına əsasən, hərbi hissələrə zabit qrupları göndəriləcək.

KİV-in məlumatına görə, bəzi yüksək rütbəli hərbçilər artıq asayişin təmin edilməsi məqsədilə 1–2 aylıq müddətə sərhədə ezam olunublar.

Digər hərbçilərin, o cümlədən qadın hərbi qulluqçuların da sərhədə göndərilməsi planlaşdırılır.