Ermənistanda sabiq nazir məhkəməyə yenidən xərəkdə gətirildi
Dünya
Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Qaqik Xaçatryan Korrupsiyaya Qarşı Məhkəməyə yenidən xərəkdə gətirilib.
News24.az xəbər verir ki, məhkəmə Xaçatryanın barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxır.
71 yaşlı Qaqik Xaçatryan məhkəmə iclasına təcili tibbi yardım həkimləri və Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə gətirilib.
O, müstəqil şəkildə hərəkət edə bilmir.
Qeyd edək ki, Xaçatryan sentyabrın 2-dən “Kentron” penitensiar müəssisəsində saxlanılır.
Müdafiə tərəfinin məlumatına görə, bu müddət ərzində onu hələ də həkim müayinə etməyib.
Vəkilləri onunla kamerada görüşüblər.
Qeyd edək ki, İrəvan məhkəməsi Xaçatryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.