Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı

Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı Dünya

Ermənistanda başa çatan parlament seçkilərində seçici fəallığı ilə bağlı rəsmi statistika açıqlanıb.

News24.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə hüququ olan 2 milyon 503 min 976 vətəndaşdan 1 milyon 476 min 597-si seçkilərdə iştirak edib.

Bu göstərici ilə Ermənistanda ümumi seçici fəallığı 58,97% təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 49,4 faiz olmuşdu.