Ermənistanda seçkiqabağı həbslər başladı
Dünya
Ermənistanda iyun ayında keçiriləcək seçkilərlər bağlı həbs edilənlər var.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi açıqlama verib.
Məlumata görə, aparılan cinayət işləri çərçivəsində son iki gündə seçki zamanı saxta səs əldə etmək üçün rüşvət vermə və rüşvət alma halları, eləcə də, xeyriyyə fəaliyyətinə qoyulan qadağanın pozulması ilə bağlı 21 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən 13-nə qarşı həbs qətimkan tədbiri seçilib./News.am/