Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı böyüyür

Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı böyüyür Dünya

Ermənistanda Korrupsiyaya qarşı mübarizə komitəsi Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun üzvləri tərəfindən seçicilərin satın alınması ilə bağlı yeni halların aşkarlandığını bildirib.

News24.az xəbər verir ki, Sünik vilayətinin Goris icmasında partiya ofisinin rəhbəri seçicilərə rüşvət paylayıb.

Qurumun məlumatına əsasən, cinayət işi açılıb, axtarışlar aparılıb və digər prosessual tədbirlər həyata keçirilib.

Komitənin yayımladığı audioyazıya görə, seçki proseslərinə sözügedən partiya ofisinin rəbəri bu işi adlı Tiqran adlı şəxsə tapşırıb. Həmin şəxs də insanları seçkiyə cəlb etmək qarşılığında rüşvət alıb.

Qeyd edilib ki, seçicilərə səsləri müqabilində tibbi xərclərin ödənilməsi vəd olunub.

İlkin istintaq davam edir. /Sputnik Ermənistan/