Ermənistanda səslər hesablanır - Kim liderdir? - Yeniləndi 4

Ermənistanda səslər hesablanır - Kim liderdir? - Yeniləndi 4 Dünya

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkə üzrə bütün 2005 seçki məntəqəsi üzrə səsvermənin nəticələrini hesablayıb.

News24.az xəbər verir ki, MSK-nın ilkin məlumatlarına əsasən, əsas siyasi qüvvələr aşağıdakı nəticələri əldə ediblər:

"Vətəndaş Müqaviləsi Partiyası" – 49,81 faiz

"Güclü Ermənistan Bloku" – 23,29 faiz

"Ermənistan Bloku" – 9,94 faiz

"Çiçəklənən Ermənistan Partiyası" – 4 faiz

7 iyun tarixində Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə 16 partiya və iki blok iştirak edib. /Sputnik Ermənistan/


09:10

Ermənistan Mərkəzi Seçki Komissiyasının saat 09:00-a olan məlumatına görə,2005 seçki məntəqəsindən 1963-ü üzrə səsvermənin nəticələrini hesablanıb.

News24.az xəbər verir ki, MSK-nın ilkin məlumatlarına əsasən, əsas siyasi qüvvələr aşağıdakı nəticələri əldə ediblər:

"Vətəndaş Müqaviləsi Partiyası" – 49,83 faiz (707 448 səs);

"Güclü Ermənistan Bloku" – 23,35 faiz (331 488 səs);

"Ermənistan Bloku" – 9,93 faiz (141 001 səs);

"Çiçəklənən Ermənistan Partiyası" – 3,98 faiz (56 449 səs).

Digər partiyalar isə hələlik 4 faizlik seçki baryerini keçə bilməyiblər.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə 16 partiya və 2 siyasi blok iştirak edib. /Sputnik Ermənistan/


*** 08:54
Ermənistan Mərkəzi Seçki Komissiyası səhər saat 08:30-a olan seçki nəticələrini açıqlayıb. Nəticələr 2006 seçki məntəqəsindən 1924-ü üzrə məlumatlara əsaslanır və bülletenlərin 94 faizi artıq emal edilib.

News24.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi Partiyası” 50,07 faiz səslə (689 675 səs) liderliyini qoruyur.

İkinci yerdə 23,35 faiz (321 597 səs) nəticə ilə “Güclü Ermənistan Partiyası” qərarlaşıb.

Üçüncü yeri 9,96 faiz (135 808 səs) toplayan “Ermənistan Partiyası” tutur.

Dördüncü yerdə 3,99 faiz (54 900 səs) nəticə göstərən “Çiçəklənən Ermənistan Partiyası” yer alıb.

Beşinci yerdə olan “Birlik Qanadları Partiyası” isə hazırda 2,28 faiz (31 465 səs) toplayıb.

Əgər nəticələrdə ciddi dəyişiklik baş verməzsə, yeni parlamentdə üç siyasi qüvvə - “Vətəndaş Müqaviləsi Partiyası”, “Güclü Ermənistan Partiyası” və “Ermənistan Partiyası” təmsil olunacaq.

“Çiçəklənən Ermənistan Partiyası” isə keçid həddinə çox yaxın olsa da, hazırkı nəticələrə əsasən parlamentə düşə bilmir. /News.am/

 

*** 08:36
Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 8-i saat 08:00-a olan məlumatı açıqlayıb.

News24.az xəbər verir ki, ölkə üzrə 2005 seçki məntəqəsindən 1878-i üzrə səsvermənin nəticələrini hesablanıb.

MSK-nın ilkin məlumatlarına əsasən, əsas siyasi qüvvələr aşağıdakı nəticələri əldə ediblər:

• Vətəndaş Müqaviləsi Partiyası – 50,25 faiz (669 996 səs);

• Güclü Ermənistan Bloku – 23,31 faiz (310 752 səs);

• Ermənistan Bloku – 9,78 faiz (130 364 səs);

• Çiçəklənən Ermənistan Partiyası – 4,02faiz (53 535 səs).

Qalan partiyalar isə hələlik 4 faizlik seçki baryerini keçə bilməyiblər. /Sputnik Ermənistan/

***08:01

Ermənistan Mərkəzi Seçki Komissiyası səhər saat 07:30-a olan məlumatı açıqlayıb.

News24.az xəbər verir ki, ölkə üzrə 2006 seçki məntəqəsindən 144-ü üzrə nəticələr bəlli olub.

Məlumata görə, seçki bülletenlərinin 68 faizi emal edilib.

MSK-nın yaydığını məlumata əsasən, hakim “Vətəndaş Müqaviləsi Partiyası” 49,92 faiz səslə (459 113 səs) liderlik edir.

İkinci yerdə 23,71 faiz (218 029 səs) nəticə ilə “Güclü Ermənistan Partiyası” qərarlaşıb.

Üçüncü yeri 9,78 faiz (89 958 səs) toplayan “Ermənistan Partiyası” tutur.

Dördüncü yerdə 3,94 faiz (36 275 səs) nəticə göstərən “Çiçəklənən Ermənistan Partiyası” qərarlaşıb.

Beşinci yerdə olan “Birlik Qanadları Partiyası” isə hazırda 2,33 faiz (21 392 səs) toplayıb. /News.am/

Ermənistanda səslər hesablanır - Kim liderdir? - Yeniləndi 4