Ermənistanda təhlükəli virus: Səhiyyə Nazirliyi xəbərdarlıq etdi
Dünya
Ermənistanda “Honq-Konq qripi”nin H3N2 ştammı aşkar edilib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
H3N2 tipli A qrip virusu (“Honq-Konq qripi”) laboratoriyada təsdiqlənib. Hallar noyabr ayında aparılan laborator tədqiqatlar zamanı müəyyən olunub.
Nazirlik vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa, tənəffüs yolları infeksiyası əlamətləri olan şəxslərlə təmasdan çəkinməyə çağırıb. Qripə yoluxan şəxslərə isə evdə qalmaq, həkimə müraciət etmək və antibiotiklər də daxil olmaqla özbaşına müalicə ilə məşğul olmamaq tövsiyə olunub.