Ermənistanda təhsil idarəsinin rəhbəri və məktəb direktorlar saxlanıldı

Ermənistanda təhsil idarəsinin rəhbəri və məktəb direktorlar saxlanıldı Dünya

Ermənistanın Geğarkunik vilayətində (Göyçə) təhsil idarəsinin rəhbəri və bir neçə məktəb direktoru saxlanılıb.

Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər rüşvət vermə və alma faktları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komitəsində başlanmış cinayət işi çərçivəsində tutulublar.

“Bu gün Geğarkunik vilayəti qubernatoru aparatının müvafiq idarəsinin rəhbəri, həmçinin həmin vilayətdə bir sıra məktəblərin direktorları saxlanılıb”, – komitədən bildirilib.

İstintaqın ilkin məlumatına görə, idarə rəhbəri bir neçə epizod üzrə rüşvət almaqda, bir qrup şəxsin, o cümlədən məktəb direktorlarının maraqları naminə himayədarlıq etmək və qanun pozuntularına göz yummaqda ittiham olunur.