Ermənistanda yeni dövr: Qarabağ ideologiyasından imtina

Ermənistanda yeni dövr: Qarabağ ideologiyasından imtina Dünya

“Ermənistan hökumətinin yeni proqramında “Qarabağ hərəkatı”nın məntiqi yoxdur”.

News24.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan 2026–2031-ci illər üçün hökumət proqramını təqdim edərkən bildirib.

"Ermənistanın orta və yaşlı bütün siyasi xadimləri və gənc nəslin bir çox nümayəndələri “Qarabağ hərəkatı”nın ideologiyası ilə əlaqələndirilir. Bu, hakimiyyət nümayəndələrinə də aid idi. Buna baxmayaraq, ötən illər ərzində hökumət uzun illər bağlı qalmış səhifələri yenidən oxumaq qərarına gəldi. Onların yenidən dərk edilməsi sülh gündəliyinin və real Ermənistanın formalaşmasına gətirib çıxardı", — deyə o bəyan edib.

Paşinyanın sözlərinə görə, bu istiqamətdə müvafiq çağırış Ermənistan cəmiyyətindən də gəlib.

O əlavə edib ki, sülh gündəliyi şəraitində hökumət böhran idarəçiliyindən adi idarəetmə modelinə keçəcək, insan hüquqlarının möhkəmləndirilməsinə, iqtisadi diplomatiyaya, süni intellektin yayılması ilə bağlı məsələlərə və səhiyyə problemlərinə daha çox diqqət yetirəcək.