Ermənistanda yeni parlamentin ilk iclasına 81 yaşlı Həsənov sədirlik edəcək
Dünya
Ermənistanda yeni seçilmiş parlamentin ilk təntənəli iclası avqustun 3-də keçiriləcək.
News24.az xəbər verir ki, ölkə konstitusiyanın tələblərinə və formalaşmış ənənəyə uyğun olaraq, parlamentin sədri seçilənədək iclasa ən yaşlı deputat – 1945-ci il yanvarın 17-də anadan olmuş Knyaz Həsənov sədrlik edəcək.
Bu, onun parlament iclaslarına dördüncü sədrliyi olacaq. Knyaz Həsənov bu vəzifəni 2017, 2018 və 2021-ci illərdə də icra edib.
O, 2026-cı il parlament seçkilərində də "Vətəndaş Müqaviləsi" Partiyasının ümummilli siyahısından milli azlıqların nümayəndəsi kimi deputat mandatı qazanıb. O, eyni zamanda Ermənistandakı kürd icmasının rəhbəridir. /Joxovurd/