Ermənistanda zəlzələ oldu
Dünya
Ermənistanın Araqatsotn vilayətində 2,1 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, təkanlar yerli vaxtla saat 11:42-də, Aparan şəhərindən 18 kilometr cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə təkanların gücü 2-3 bal olub.
Zəlzələ Aştarak, Aqarak, Bürakan, Karbi, Apnaqyux və Araqats yaşayış məntəqələrində 2 bal gücündə hiss edilib.