Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu Dünya

Ermənistanda yerli vaxtla saat 11:54-də zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, yeraltı təkanların episentri Sisian şəhərindən 23 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 2–3 bal olan zəlzələ Sisian və Dastakert şəhərlərində, həmçinin Arevis, Tanahat, Tasik, Salvard və Torunik kəndlərində hiss olunub.