Ermənistandakı seçkilərdə kim qalıb gələcək? - Sorğunun nəticələri açıqlandı

Ermənistandakı seçkilərdə kim qalıb gələcək? - Sorğunun nəticələri açıqlandı Dünya

Ermənistanda aparılan yeni sosioloji sorğu göstərir ki, hakim “Mülki Müqavilə” Partiyası lider mövqelyini qorumaqda davam edir.

News24.az xəbər verir ki, sorğu 1–3 iyun tarixlərində telefonla aparılıb.

Seçkilərdə iştirak etməyə hazır olduqlarını bildirən vətəndaşlar arasında “Mülki Müqavilə” Partiyası 29,6 faiz, onun əsas rəqibi olan “Güclü Ermənistan” bloku isə 26,4 faiz səs toplayıb.

Sorğuda 2050 vətəndaş iştirak edib.

Gözlənilən seçici fəallığı 55 faiz olaraq qiymətləndirilir, respondentlərin 45 faizi isə suallara cavab verməkdən imtina edib.

Sorğunun nəticələrinə görə, qərar vermiş seçicilər arasında siyasi qüvvələrin bölgüsü belədir:

“Mülki Müqavilə” – 29,6%

“Güclü Ermənistan” Bloku – 26,4%

Digər partiyalar (ümumi) – 17,5%

“Ermənistan” Bloku – 14,8%

“Çiçəklənən Ermənistan” Partiyası – 6,1%

“Birlik Qanadları” Partiyası – 5,6%

/News.am/