Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnal verdi

Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnal verdi Dünya

Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsi Dağıstan üzərində uçarkən fövqəladə vəziyyət siqnalı göndərib.

News24.az xəbər verir ki, Bundan sonra layner təxminən 3 min metr hündürlüyə qədər aşağı enib.

Reys Ermənistanın Gümrü şəhərindən Rusiya paytaxtı Moskvaya uçur.

Məlumata görə, təyyarə hazırda Mahaçqala hava limanına enişə hazırlaşır. /Shot/