"Ermənistanın Baş naziri olduğum günə lənət etmişəm"
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci il inqilabı və baş nazir olduğu dövrlə bağlı danışıb.
News24.az xəbər verir ki, Paşinyan inqilab haqqında nəticə çıxarmağın hələ tez olduğunu bildirib.
“2018-ci il inqilabından sonra inqilab haqqında nəticələrim demək olar ki, hər həftə dəyişir”, – Paşinyan deyib.
O bildirib ki, son səkkiz il ərzində baş nazir olduğu günə lənət etdiyi vaxtlar olub.
“Son səkkiz ildə elə günlər olub ki, Ermənistan Respublikasının baş naziri olduğum günə lənət etmişəm. Bu, bir dəfə də yox, dəfələrlə olub”, – Baş nazir qeyd edib.