Ermənistanın dövlət borcu son dərəcə təhlükəli həddə çatıb
Dünya
12 milyard dollarlıq dövlət borcu Ermənistan üçün son dərəcə təhlükəlidir.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, bunu Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, əhalinin yarıdan çoxunun yoxsul olduğu Ermənistanda xərclərin 13%-i borcların ödənilməsinə yönəldilib.
O qeyd edib ki, bu, müdafiənin gücləndirilməsinə, iqtisadi və sosial problemlərin həllinə sərf oluna biləcək vəsait böyükdür.