Ermənistanın Rusiyadakı səfiri Moskvadan getməyə hazırlaşır

Ermənistanın Rusiyadakı səfiri Moskvadan getməyə hazırlaşır Dünya

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın yaxın vaxtlarda vəzifəsini tərk edərək Moskvadan ayrılacağı iddia olunur.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Arsenyan artıq şəxsi əşyalarını toplamağa başlayıb. Bildirilir ki, diplomat Moskvaya bahalı “Bentley” avtomobili ilə gəlib. O, diplomat fəaliyyəti müddətdə dövlət əmlakından az istifadə edib və bu səbəbdən də ölkəsinə çoxsaylı şəxsi əşyaları ilə qayıdacaq.

Məlumata əsasən, Ermənistan hökuməti 2026-cı ilin yayında Arsenyanı səfir vəzifəsindən geri çağırmaq qərarına gəlib. Lakin yeni səfirin təyinatı gecikdiyindən diplomat fəaliyyətini davam etdirib.

Nəşr onu da yazır ki, Ermənistan hakimiyyəti Arsenyanın yerinə 2004–2010-cu illərdə ölkənin NATO-dakı nümayəndəsi olmuş 67 yaşlı Samvel Mkrtçyanı təyin etməyi planlaşdırır. Bildirilir ki, Mkrtçyan Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomyanın əmisidir.