Ermənistanın sabiq baş nazirinin qardaşı saxlanıldı

Ermənistanın sabiq baş nazirinin qardaşı saxlanıldı Dünya

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, Genrik Abramyan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu əməldə köməkçiliklə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Ona həmçinin vəzifə saxtakarlığı və saxta sənədlərdən istifadə ittihamları irəli sürülüb.