Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixdə dərc olunacaq

Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixdə dərc olunacaq Dünya

Ermənistanın yeni Konstitusiya layihəsinin dərc olunması barədə qərar yaxın həftələrdə qəbul ediləcək.

News24.az xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə Ermənistan ədliyyə naziri Srbuhi Qalyan bildirib.

Onun sözlərinə görə, sənədin dərc edilməsi məsələsi dünən hakim “Vətəndaş Müqaviləsi" Partiyasında müzakirə olunub.

“Düşünürəm ki, layihə yaxın vaxtlarda, ümumiləşdirmələrdən sonra dərc olunacaq. Niyə belə deyirəm? Çünki bəzi həmkarlarımızın bölüşməli olduğu rəyləri gözləyirik. Onları ümumiləşdirmək üçün bizə hələ bir və ya iki həftə lazımdır. Bundan sonra daha bir-iki müzakirə aparacağıq və mətnin dərcə hazır olub-olmadığına qərar verəcəyik”, — deyə Srbuhi Qalyan bildirib.

Nazir qeyd edib ki, indiyədək layihənin ictimaiyyətə təqdim olunmamasının səbəbi bütün iştirakçıların sənədin məzmunu ilə tam tanış ola bilməməsidir. /Sputnik Ermənistan/