Ermənistanın yeni Konstitusiyanın mətni mediaya sızdırılıb?
Dünya
Ermənistan Ədliyyə Nazirliyi sosial şəbəkə seqmentində ölkənin yeni Konstitusiyanın mətninin yayılması ilə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, nazirlik yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb.
“Əziz vətəndaşlar, media nümayəndələri. Bəzi dairələr tərəfindən guya yeni Konstitusiyanın layihəsinin yayımlandığı barədə məlumatlar yayılır.
Bildiririk ki, yayılan mətn yeni Konstitusiya layihəsi deyil və bu məlumatlar dezinformasiyadır.
Yoxlanılmamış məlumatların yayılmasından çəkinməyə və yeni Konstitusiya layihəsinin mətninin rəsmi şəkildə dərc olunmasını gözləməyə çağırırıq”, - deyə açıqlamada bildirilib.