Mirzoyan ABŞ ilə “TRIPP marşrutu” üzrə sazişi imzaladı
Dünya
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ ilə “TRIPP marşrutu” üzrə çərçivə sazişini imzalayıb.
News24.az xəbər verir ki, Mirzoyan bunu Ermənistan XİN-in sosial şəbəkə səhifəsində canlı efir zamanı edib.
O bildirib ki, ABŞ dövlət katibi Marko Rubio tərəfindən artıq təsdiqlənmiş sənədə imza atıb.
Qeyd edək ki, tərəflər bu sazişi 26 mayda İrəvanın “Zvartnots” hava limanında paraflamış və onu yaxın vaxtlarda imzalamağa söz vermişdilər.