Əsəd getdi, böhran qaldı: BMT-nin Suriya barədə qorxunc proqnozu

Əsəd getdi, böhran qaldı: BMT-nin Suriya barədə qorxunc proqnozu Dünya

Əsəd rejiminin süqutundan sonra Suriya yeni dövrə qədəm qoysa da, humanitar böhran hələ də davam edir.

News24.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasında bildirilib.

Təşkilatın məlumatına görə, 25,6 milyon əhalinin 70 faizindən çoxu hələ də humanitar yardıma ehtiyac duyur. 9 milyondan çox insan ciddi qida çatışmazlığı yaşayır, 7 milyon insan ölkə daxilində köçkün vəziyyətindədir, 4 milyondan artıq insan isə qonşu ölkələrdə qaçqın kimi yaşayır.

BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) son hesabatında bildirilir ki, ölkənin şimal və cənub bölgələrində, eləcə də son vaxtlar sahil zonasında davam edən toqquşmalar yeni humanitar ehtiyacların yaranmasına səbəb olub.

Hesabatda qeyd olunur ki, Suriya son 36 ilin ən ağır quraqlığı ilə üzləşib. Bu vəziyyət əhalinin ərzaq təhlükəsizliyinə və suya çıxışına dağıdıcı təsir göstərir.

Bundan başqa, maliyyə çatışmazlığı səbəbindən bir çox xəstəxanalar, icma mərkəzləri və qadınlar üçün təhlükəsiz məkanlar bağlanıb. Bu isə qız uşaqlarının erkən nikaha məcbur qalması və gender zorakılığının artması riskini daha da yüksəldib.