Əsəd gizli nüvə reaktoru tikirmiş - 73 ton təbii uran tapıldı

Əsəd gizli nüvə reaktoru tikirmiş - 73 ton təbii uran tapıldı Dünya

Suriyada devrilmiş Bəşər Əsəd rejiminin nüvə fəaliyyəti ilə bağlı yeni məlumatlar üzə çıxıb.

News24.az xəbər verir ki, BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri Suriyada apardıqları araşdırmalar zamanı Əsəd rejiminin beynəlxalq razılaşmalar çərçivəsində agentliyə bildirmədiyi nüvə obyektlərini və fəaliyyətlərini aşkarlayıblar.

Məlumatlar “Associated Press”in əldə etdiyi BAEA-nın məxfi hesabatında yer alıb.

Müfəttişlər Deyr əz-Zorda tikilməkdə olan nüvə reaktoru, nüvə yanacağı istehsalı obyekti və yanacağın saxlanılması üçün istifadə olunduğu ehtimal edilən ərazi müəyyən ediblər.

Avqustun 29-da Deyr əz-Zorda aparılan yoxlama zamanı daha əvvəl aşkar edilmiş soyutma sisteminin nüvə reaktoruna uyğun olduğu təsdiqlənib.

Hesabatda reaktorla əlaqəli daha üç ərazinin də müəyyən edildiyi bildirilir.

BAEA müfəttişləri Suriyadakı başqa bir nüvə obyektində də araşdırma aparıblar.

Yoxlama zamanı yanacaq çubuqları formasında təxminən 73 ton təbii uran metalı aşkarlanıb.

BAEA tapılan uranın hamısını nəzarətə götürüb.