Əsəddən sonra Suriyaya gedən ilk avropalı nazirlər

Əsəddən sonra Suriyaya gedən ilk avropalı nazirlər Dünya

Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya birgünlük səfərə yola düşürlər.

Əsədin istefasından sonra Suriyaya səfər edən ilk Avropa nazirləridir. 

News24.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nazirlər Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilə danışıqlar aparmaq üçün Dəməşqə yollanıblar:

"Əsədin ağrılı hakimiyyəti başa çatıb. Yeni bir fəsil açılıb, lakin hələ yazılmayıb", - xanım Berbok səfərdən əvvəl deyib. Nazirin sözlərinə görə, Avropa ilə Suriya arasında "yeni siyasi başlanğıc" mümkündür.

Qeyd edək ki, Annalena Berbok və Jan-Noel Barro Bəşər Əsədin istefasından sonra Suriyaya səfər edən ilk Avropa nazirləridir.\\\\milli.az