"Əsl cəhənnəmi yaşayacaqsınız" - Tramp amerikalılara səsləndi
Dünya
ABŞ Prezidenti Donald Tramp konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlub olacağı təqdirdə amerikalıları cəhənnəmin gözlədiyini bildirib.
News24.az xəbər verir ki, Tramp bu barədə Dallas şəhərində Respublikaçılar Partiyasının qurultayında çıxış edərkən danışıb.
“Əgər biz məğlub olsaq, sərhədlərinizi, vergi güzəştlərinizi, təhlükəsizliyinizi və müdafiənizi itirəcəksiniz. Rifahınızı itirəcəksiniz. Ölkəmiz əsl cəhənnəmi yaşayacaq. Siz də cəmi iki il əvvəl olduğu kimi bu cəhənnəmdən keçməli olacaqsınız”, – Tramp deyib.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək.